Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılmasına dair Tədbirlər Planı müzakirə olunmuşdur

Nəqliyyat Nazirliyində nazir müavini Musa Pənahovun rəhbərliyi ilə Bakı şəhərində mövcud nəqliyyat problemlərinin aradan qaldırılması üzrə 2013-2015-ci illər üçün Tədbirlər Planının müzakirəsi keçirilmişdir. Müzakirələrdə Nəqliyyat Nazirliyinə tabe olan qurumların nümayəndələri də iştirak etmişlər.

Tədbirlər Planında yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və hərəkət intensivliyinin artırılması üçün çoxzolaqlı yollarda eyni səviyyəli piyada keçidlərinin ləğv edilərək yeraltı və yerüstü piyada keçidlərinin inşası, yol nəqliyyat hadisələri ilə əlaqədar Dövlət Yol Polisi ilə operativ əlaqənin təşkili, həmçinin svetofor obyektlərinin daimi işlək vəziyyətini təmin etmək üçün “qaynar xətt” əlaqə mərkəzinin yaradılması, Bakı şəhərində küçə və prospektlərin icazə olmadan bağlanması hallarının qarşısının alınması və sair məsələlər öz əksini tapmışdır.

Müzakirə zamanı parklanmanın təşkili üzrə müəyyən tədbirlərin həyata keçirilməsi, o cümlədən Bakı şəhərində parklamaya nəzarət xidmətinin yaradılması, yol kənarında yerləşən iri ticarət, ictimai iaşə və sosial obyektlərə gələn nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən olunması və tikilməsi, habelə müvafiq normativlərə uyğun olaraq parklanma yerləri olmayan yeni iri obyektlərin tikintisinin qadağan olunması kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. Tədbirlər Planında  ictimai nəqliyyata, həmçinin Bakı şəhərində mövcud avtomobil yollarının yenidənqurulmasına, yeni avtomobil yollarının  tikintisinə dair məsələlər də xüsusi yer tutur. Müzakirələrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Azəryolservis” ASC-nin rəhbərliyi də iştirak etmişdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında