2012-ci ildə 5,4 mindən artıq hüquqi şəxs dövlət qeydiyyatına alınmışdır

 

Ötən il Azərbaycanda hüquqi şəxslərin sayı artmaqda davam etmişdir. Qeydiyyatdan keçmiş 5 417 hüquqi şəxsin 154-ü dövlət mülkiyyətinə, 4 653-ü xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aid olmuşdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, yeni yaradılmış hər beş müəssisədən üçü Bakıda, 12,7 faizi Aran, 7,2 faizi Abşeron və 5,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişlər.

2012-ci ildə 65 799 fiziki şəxs qeydiyyata alınmışdır. İl ərzində fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyatdan keçmişlər.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında