Bakı Şəhər Prokurorluğu orqanları ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişlər

 

Yanvarın 17-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2012-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi iqtisadiyyatın dinamik inkişafının təmin edildiyini,  qarşıda duran bütün vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, ictimai-siyasi sabitliyin dönməz xarakter aldığını və kriminogen durumun sabitləşməsinə müsbət təsirini, respublikamızın bölgədə və beynəlxalq aləmdə mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmləndiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, hesabat dövründə cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bir sıra tədbirlər keçirilmişdir. Hesabat dövründə şəhər üzrə 1597 (2011-ci illə müqayisədə 14,1 faiz az) cinayət hadisəsi qeydə alınmış, onların açılması 5,8 faiz artaraq 79,1 faiz təşkil etmişdir.

Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılmış, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilmiş, il ərzində prokurorluqda 531, daxili işlər orqanlarında isə 4104 cinayət işinin istintaqı yekunlaşdırılmaqla əksəriyyəti baxılmaq üçün məhkəmələrə göndərilmişdir.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlara da diqqət yetirilmiş, 2012-ci ildə qeydə alınmış 1 qəsdən adam öldürmə, 16 quldurluq, 10 ölümlə nəticələnən yol nəqliyyat hadisəsinin açılmaması narahatçılıq hissi ilə qeyd edilmiş, həmin işlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanmışdır.

Prezident İlham Əliyevin “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 2012-ci il 26 dekabr tarixli Sərəncamı ilə qarşıya qoyulmuş vəzifələrin qeyd-şərtsiz icrası, bu sahədə yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb olunmuşdur.

Əziz Seyidov ağır və xüsusilə ağır cinayətlərin açılması üçün kriminalistika xidmətinin işinin daha da gücləndirilməsinin, vaxtında istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin düzgün qurulmasının vacibliyini xüsusi qeyd etmişdir.

Müşavirəyə yekun vuran Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında