“Arianspace” şirkəti: Azərbaycanın ilk rabitə peyki fevralın 7-də orbitə çıxarılacaq

 

Azərbaycanın ilk milli süni rabitə peyki – “Azerspace“in Fransız Qvianasında Kur kosmodromundan kosmosa buraxılması ilə bağlı son tamamlama işləri aparılır.

“APA-Economics”in raketdaşıyıcısı xidmətlərini göstərəcək Fransanın “Arianspace” şirkətinin rəsmi saytına istinadən verdiyi məlumata görə, peyk “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxarılacaq və bu, gəminin 2013-cü ildə ilk uçuşu olacaq. Peykin orbitə buraxılması isə fevralın 7-nə planlaşdırılmışdır.

 Azərbaycanın ilk rabitə peykinin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malik olacaq və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələrinə xidmət göstərəcək.

Qeyd edək ki, peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə ediləcək. Peykin resurslarının 40 faizinin istifadəsi üçün şərti müqavilələr imzalanmışdır.

Artıq Azərbaycanda peyklərin idarə olunması üçün regional idarəetmə mərkəzinin və ehtiyat idarəetmə mərkəzinin yaradılması başa çatmışdır. Mərkəz təkcə Azərbaycanın deyil, region üzərindən uçan digər ölkələrə məxsus peyklərin də idarə olunması üçün istifadə olunacaq. Burada Yer səthinin müşahidəsi üçün universal qəbuletmə və emaletmə sisteminin quraşdırılmasına başlanılmışdır və 2013-cü ilin sentyabr ayından real vaxt rejimində əcnəbi peyklərdən yüksək dəqiqliyə malik təsvirlərin alınması və müxtəlif təyinatlı istifadəsi təmin ediləcək.

Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılmışdır. BMT-nin müvafiq komitəsində kosmik ölkələr sırasına qəbul olunmuş Azərbaycan kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürmüşdür.

Qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün Azərbaycanda kosmik texnologiyalar üzrə kadrlar hazırlanır. Son 3 ildə orta yaşı 25-28 olan təxminən 30 nəfər peyklərin idarə olunması üzrə ABŞ, Fransa və Malayziyada uzunmüddətli kurs və təlimlər keçmişlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında