Baku Steel Company MMC-nin yeni baş direktoru

Şirkətin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Süleyman Hikmət oğlu Məmmədov şirkətin baş direktorudur.
O, 1974-cü ildə anadan olub. Ali təhsilli mühəndisdir. Əmək fəaliyyətinə "Xəzərdəniz Neft Tikinti" trestində çilingər kimi başlayıb, az sonra təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə təyin edilib.
Baku Steel Company MMC-yə baş direktor seçilənə kimi "İRSİ Grup", "Günar LTD" şirkətlərində məsul vəzifələrdə çalışıb. Evlidir.
Cənab Süleyman Məmmədov fəaliyyətə başladığı az bir vaxtda şirkətin çoxsaylı kollektivi ilə səmərəli ünsiyyət qurmuş, zavodun ahəngdar işini təmin etmiş, işçilərin bir sıra sosial problemlərinin uğurlu həllinə nail olmuşdur. Kollektiv onu işgüzar, prinsipial, özünə və işçilərə olduqca tələbkar və məsuliyyətli bir rəhbər kimi qəbul etmişdir. O, bir sıra cari işlər yekunlaşdırıldıqdan sonra ən yaxın vaxtlarda kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşməyi, respublikada polad istehsalı sahəsinin flaqmanı olan Baku Steel Company MMC-nin fəaliyyət perspektivləri haqqında ətraflı məlumat verməyi planlaşdırır.
Süleyman Məmmədovdan əvvəl Baku Steel Company MMC-də baş direktor vəzifəsini Aksel Borovski tuturdu.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında