Kriminal xəbərlər

Oğurluq

Yanvarın 11-də, Qobustan qəsəbəsində qəsəbə, sakini Elçin Rzayevə məxsus mağazadan qapının şüşəsini sındırma yolu ilə oğurluğa cəhd etdiyi üçün Bakı şəhər sakini Ədalət Zərbəliyev Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

 

Maşın oğurluğu

Yanvarın 4-də, «Sədərək» ticarət mərkəzində, Bakı şəhər sakini Gülnarə Novruzovaya məxsus «Hyundai» markalı avtomobildən şüşəni sındırma yolu ilə  içərisində 1900 manat, mobil telefon, fotoaparat, kredit kartı və şəxsi sənədələr olan əl çantası oğurlanıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Ağcabədi ra  yon sakini Vüqar Babayev və Masallı rayon sakini Elvin Məmmədov yanvarın 12-də yaxalanıblar.

Cinayətkar tutulub

Sabunçu RPİ CAŞ və PPXB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Tahir Əliyev yanvarın 12-də yaxalanıb.

 

Hərbi sursat  aşkar edilib

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bilgəh qəsəbə sakini Hafiz Hüseynovdan qundağı kəsilmiş AKM tipli avtomat və ona aid içərisində 29 ədəd patronu olan sandıqça aşkar edilərək götürülüb.

 

Bakı Şəhər BPİ məlumatı

"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında