Əhmədli qəsəbəsi – yeniliyin yeni ünvanı

 

Xətai Rayon İcra Hakimiyyətinin Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2012-ci ilin  sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar geniş yığıncaq keçirildi. İcra hakimiyyətinin başçısı Razim Məmmədov yığıncağı açaraq bildirdi ki, Azərbaycan öz müstəqilliyinin üçüncü onilliyində də ölkənin sosial-iqtisadi inkişafı  istiqamətində möhtəşəm uğurlara imza atmaqdadır.

2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar Nazirlər Kabinetinin yanvarın 15-də keçirilmiş iclasında Prezident  İlham Əliyev bu müddətdə əldə olunan nailiyyətlərdən  danışarkən haqlı olaraq bildirmişdir ki, ötən dövrdə Azərbaycanda ümumdaxili məhsul 2,2 faiz artmışdır. Qeyri-neft sənayemiz, təxminən, 8 faiz, kənd təsərrüfatı isə 6 faiz artmışdır. Bu isə dünyada iqtisadi böhranın davam etdiyi  bir vaxtda çox müsbət göstəricidir və respublikada inkişaf strategiyasının davam etdiyini göstərir.

R. Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində paytaxtın iri rayonlarından biri olan Xətai rayonunun Əhmədli qəsəbəsinin də  bir çox uğurlara imza atdığını,  rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırmış və bu nailiyyətlərin əldə olunmasında ötən illərdə dövlət başçısının qəsəbəyə iki dəfə səfər etməsinin müstəsna rol oynadığını xüsusi vurğulamışdır.

- 2012-ci ildə cənab Prezidentin tapşırığı ilə qəsəbədə  xəstəxana - poliklinika binasının  istifadəyə verilməsi, qəsəbədaxili yollara asfalt döşənməsi, kanalizasiya xətlərinin əsaslı yenidən qurulması, küçələrin işıqlandırılması, əhalinin qaz, su və elektrik enerjisi ilə təmin olunmasında  fasilələrin tam aradan qaldırılması, məktəblərin  əsaslı təmiri həqiqətən Əhmədlinin simasını kökündən dəyişdirmişdir.

Natiq həmçinin qeyd etmişdir ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuş, əmək ehtiyatlarından istifadəyə diqqət artırılmış, vakant iş yerləri haqqında məlumatlar toplanmışdır.

Sonra Xətai Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əbülfət Piriyev geniş hesabat məruzəsi ilə çıxış edərək göstərdi ki,  sürətlə inkişaf edən  Xətai rayonunda son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işlərinin bir ünvanı da  Əhmədli qəsəbəsidir.

Natiq “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində  Əhmədli qəsəbəsinin  tapmış problemlərinin də  son illər çox böyük sürət və təşəbbüskarlıqla həll olunduğunu, sakinlərin sosial - məişət qayğılarına xüsusi diqqət yetirildiyini bildirmiş və bununla əlaqədar konkret faktlara istinad etmişdir.

Qarşıda daha mühüm vəzifələr olduğunu bildirən natiq, rayon rəhbərliyinin qayğısı ilə  bu vəzifələrə ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.

Məruzə ətrafında çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov və digər natiqlər hesabat dövründə görülən işləri qənaətbəxş hesab etdilər və əmin olduqlarını bildirdilər ki,  Əhmədli qəsəbəsi yeni ildə də uğurla inkişaf edəcək.

 

  “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında