Bu il Azərbaycanda əhali artımı 135 min nəfər proqnozlaşdırılır

 

 “Azərbaycanda əhalinin sayının son bir ildə 121,4 min nəfər artaraq 9 milyon 356,5 nəfərə çatması o deməkdir ki, təkcə bir ildə ölkədə bir rayonun sakinləri qədər insan artımı var”. Bunu APA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirmişdir.

 Onun sözlərinə görə, statistika göstərir ki, əhalinin artım tempi yüksəlib və bu, bir az da arta bilər: “2013-cü il üçün də Azərbaycanda əhali artımı 135 min nəfər proqnozlaşdırılır”.

 Son illər ölkədə ölənlərin sayının azaldığını deyən komitə sədri bildirib ki, Azərbaycanda orta ömür ilbəil artır, bu isə doğuşa nisbətdə ölüm sayının azalmasına gətirib çıxarır.

 Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yekununa əsasən respublika üzrə əhalinin gözlənilən sayı 9 milyon 356,5 min nəfər olmuşdur. 2011-ci illə müqayisədə Azərbaycan əhalisinin artımı 121,4 min nəfərdir. Bu da əhalinin ümumi sayına nisbətən 1,3% artım deməkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında