Kriminal xəbərlər

Bıçaqlanma

 

Bıçaqlanma

Yanvarın 11-i saat 19 radələrində, əvvəllər məhkum olunmuşlar, Balaxanı qəsəbə sakini Telman Sultanov həmin qəsəbə P.Məmməd küçəsində yaşayan Ramil Əliyevin evinə gələrək ona bıçaqla xəsarət yetirmişdir. Bıçağı T.Sultanovun əlindən alan R.Əliyev də T.Sultanova xəsarət yetirmiş və o, aldığı bıçaq zərbələrindən hadisə yerində ölmüşdür. 3 saylı ŞKX-da tibbi yardım alan R.Əliyev isə Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

 

Maşın oğrusu yaxalanmışdır

 

Yanvarın 10-u saat 23:30-dan ayın 11-i saat 3-dək olan müddətdə R.Məmmədov küçəsində yaşayan Natavan Məcidovaya məxsus «BMV-X5» markalı avtomobil qaçırılmışdır. DİN TŞ, Bakı şəhər BPİ DYPİ, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini Rövşən Sultanov yanvarın 11-də Badamdar şossesində avtomobillə birlikdə saxlanılmışdır.

 

Cinayətkar tutulnuşdur

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Tural İsmayılov yanvarın 11-də yaxalanmışdır.

 

Axtarışda olan saxlayılmışdır

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Cəlal Əliyev yanvarın 11-də yaxalanmışdır.

 

Oğrular tutulmuşdur

Yanvarın 10-da Neapol küçəsində yaşayan Fuad Əliyevin mənzilindən qapının qıfılını sındırma yolu ilə oğurluğa cəhd olmuşdur. Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğa cəhddə şübhəli bilinənlər, Bakı şəhər sakinləri Vüsal Manafov və Sergey Rıbin yanvarın 11-də yaxalanmışdır.

Bakı Şəhər BPİ-nin məlumatı əsasında hazırladı

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında