Ünvan reyestri informasiya sisteminin yaradılmasına dair qrant sazişi imzalanmışdır

Əmlak Məsələləri Dövlət Komitəsi və Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatı arasında Azərbaycanda ünvan reyestri informasiya sisteminin yaradılmasına dair qrant Sazişi imzalanmışdır.
Komitə sədri Kərəm Həsənov bildirmişdir ki, Azərbaycanda daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə ölkə Prezidentinin müvafiq fərmanı ilə "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları" təsdiq edilmişdir. Bu fərmanla ölkədə ünvan reyestrinin yaradılması, o cümlədən Azərbaycan Respublikasının ərazisi üzrə nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən lövhələrin yerləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə bir sıra tapşırıqlar verilmişdir.
Hazırda bununla bağlı komitə tərəfindən müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, adı çəkilən komitədə Azərbaycanda ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılması üçün qabaqcıl dünya ölkələrinin təcrübəsi öyrənilmişdir.
Komitə sədri həmçinin demişdir ki, sözügedən fərmanın icrasının təmin edilməsi məqsədilə Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan ünvan reyestrinin yaradılması işinin vacibliyini nəzərə alaraq, Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatı ilə "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" qrant layihəsinin icrası Azərbaycan hökuməti tərəfindən məqsədəuyğun hesab edilmişdir. Ölkədə ünvan reyestri informasiya sisteminin yaradılması layihəsinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Norveçin Kadastr və Xəritəçəkmə Təşkilatının rəhbəri Helqe Onsurl bildirmişdir ki, ünvan reyestrinin yaradılması Azərbaycanın daşınmaz əmlak obyektlərinin ünvanlarının müəyyən edilməsində və bütövlükdə ünvanların nizamlanmasında əhəmiyyətli rol oynayacaqdır. Yaradılacaq ünvan reyestri informasiya sisteminin beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədi ilə Avropa Birliyinin EURADIN layihəsindən və INSPIRE tapşırıqlarından istifadə ediləcəkdir. Sazişə uyğun olaraq layihə iki mərhələdə həyata keçiriləcəkdir.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında