Neft daşıyan qatar Hacıqabulda qəzaya uğramışdır

Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yaymışdır.

 

Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yaymışdır.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Hacıqabul rayonunun Pirsaat stansiyasında  qəza baş vermişdir. Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxmış və onlardan 3-ü aşmışdır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası qəzanın nəticələrinin aradan qaldırılması üçün hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

FHN bildirir ki, aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanmışdır. Nazirliyin həyata keçirdiyi operativ tədbirlər sayəsində vaqonların qalan hissəsini və yaxınlıqdakı evləri yanğından mühafizə etmək mümkün olmuşdur.

Yanğın saat 02:24 dəqiqədə söndürülmüşdür. Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında