Xırdalan şəhərinin su təchizatı layihəsinin icrası sürətləndirilir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Xatırladaq ki,  tədbirlər planına uyğun olaraq,  paytaxt Bakı ilə yanaşı, ölkənin digər şəhər və rayonlarında da su təchizatı və kanalizasiya layihələrinin icrası getdikcə sürətləndirilir.

“Azərsu”ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ötən ilin noyabr ayından Abşeron rayonu Xırdalan şəhərinin kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanmışdır. Hazırda Xırdalan şəhəri Heydər Əliyev prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar  prospekt boyunca çirkab su və yağış suları kollektorlarının çəkilməsi işləri həyata keçirilir. Layihəyə uyğun olaraq prospekt boyunca 400 millimetr diametrli polietilen borularla  2,5 kilometr uzunluğunda kanalizasiya xətti çəkilir. Bununla paralel 1000 millimetr diametrli dəmir-beton borularla 2,5 kilometr yağış suları kollektoru tikilir. Artıq hər iki xəttin 1,6 kilometrlik hissəsində inşaat işləri yekunlaşmışdır. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün 45 ədəd yağış barmaqlığının  quraşdırılması və 3 yerdə diametri 250 millimetr olan kanalizasiya birləşmələrinin aparılması  nəzərdə tutulur. Kanalizasiya və yağış suları kollektorları istismara verildikdən sonra ərazidə toplanan yağış suları tullantı sularına qarışmadan ayrı-ayrı kollektorlara axıdılacaq. Hazırda Xırdalan şəhərində toplanan çirkab suları təmizlənmək üçün Hövsan aerasiya stansiyasına ötürülür.  Gələcəkdə Xırdalan şəhəri, eləcə də Masazır qəsəbəsində toplanan çirkab suları  hazırda Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən və sutkalıq məhsuldarlığı  200 min kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Çirkab sularının bu qurğuya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün Xırdalan şəhərindən Xocasən qəsəbəsinədək 7 kilometr uzunluğunda tunel tipli kollektor tikiləcək.

Yeri gəlmişkən, Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində həyata keçiriləcək. 2013-cü ildə icrasına  başlanacaq layihə nəticəsində Xırdalan şəhərində 100 mindən çox sakinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında