Beynəlxalq Haaqa Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Köçəryan barəsində irəli sürülən iddianı qəbul etmişdir

Beynəlxalq Haaqa Məhkəməsi Ermənistanin sabiq Prezidenti Robert Köçəryan barəsində Yerevan hakimiyyəti tərəfindən irəli sürülmüş iddiani qəbul etmişdir. İddiada sabiq prezidentə ölüm hökmünün verilməsi tələb olunur.
Bu barədə müxalifət təşkilatı olan Ermənistan Milli Konqresi (EMK) məlumat yaymışdır. Beynəlxalq Haaqa Məhkəməsindən bu qurumun ofisinə göndərilmiş müraciətdə sözügedən iddiaya baxılacağı vurğulanmışdır.
Ermənistanın NYUS.AM xəbər agentliyinin yaydığı məlumatda bildirilir ki, Ermənistan hakimiyyəti R.Köçəryanın cəzalandırılması ilə bağlı bütün güc strukturlarına tapşırıqlar vermişdir.
EMK da 2008-ci ilin mart hadisələri ilə bağlı 100 min imza toplayaraq Haaqa Məhkəməsinə göndərmişdir. R.Köçəryan insanlığa qarşı cinayət törətməkdə ittiham olunur. Onun günahlarını iddia edən sənədlər 280 səhifədən ibarətdir.
Xatırladaq ki, 2008-ci il martın 1-2-də Ermənistanda baş verən siyasi toqquşmalar zamanı onlarla insan həlak olmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında