Bakıda “Nargis” jurnalının rəsmi təqdimatı keçirilmişdir

Yanvarın 13-də Bakıdakı “Four Seasons” otelində “Nargis” jurnalının birinc nömrəsinin çapdan çıxması münasibətilə bu nəşrin rəsmi təqdimat mərasimi

 

Yanvarın 13-də Bakıdakı “Four Seasons” otelində “Nargis” jurnalının birinc nömrəsinin çapdan çıxması münasibətilə bu nəşrin rəsmi təqdimat mərasimi

keçirilmişdir.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, qızları  - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, diplomatik korpusun təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalıların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Dəvət edilmiş qonaqlar arasında dünya şöhrətli musiqiçilər, incəsənət və moda təmsilçiləri, o cümlədən müasir fransız nasiri, publisist, ədəbi tənqidçi və redaktor Frederik Beqbeder, dünya şöhrətli fransız dizayneri Jan-Klod  Jitrua, rusiyalı məşhur geyim dizayneri İqor Çapurin, hazırda İngiltərədə yaşayan norveçli dizayner Kristian Aadnevik, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının əməkdar rəssamı Natalya Nesterova, tanınmış jurnalist, teleaparıcı və yazıçı Evelina Xromçenko və başqaları vardı.

Qeyd etmək lazımdır ki, yeni nəşrin baş redaktoru bu jurnala öz anası - MDU-nun Bakı filialının rektoru, filologiya elmləri doktoru, MDU-nun professoru Nərgiz Paşayevanın şərəfinə onun adını vermişdir. “Nargis” jurnalının birinci nömrəsinin üz qabığında Nərgiz Paşayevanın fotoşəkli yer almışdır.

Jurnalın ilk təqdimatı dekabrın 13-də keçirilmişdir - Nərgiz Paşayeva öz doğum gününü məhz həmin tarixdə qeyd edir.

Təntənəli tədbiri jurnalın baş redaktoru Ülviyyə Rəhmanova açmışdır. O demişdir: “Mən nə isə məxsusi, qeyri-adi, eyni zamanda, çox böyük, ONUN özü və xarakteri kimi böyük bir layihə yaratmaq istəmişəm”.

Baş redaktor onun həyatında silinməz izlər qoymuş anasının dəstəyini xüsusi qeyd etmişdir. Ülviyyə Rəhmanova demişdir: “Mən anama həm də məni dəstəklədiyinə, mənə inandığına görə təşəkkür etmək istərdim. Bu inam öz növbəsində məni özümə inanmağa məcbur etmişdir. Mənə olan sevgiyə və qayğıya, mənim üçün etdiklərinin hamısına görə ona təşəkkürümü bildirmək istəyirəm. Mən onu həmişə sevəcəyəm”.

Təqdimat mərasiminin proqramı “Nargis” jurnalı haqqında filmin nümayişi ilə başlanmışdır.

Məşhur fransız nasiri, publisist Frederik Beqbeder Azərbaycana valeh olmasını belə ifadə etmişdir: “Mən ilk dəfədir ki, Azərbaycandayam. Vəcdə gəlmişəm! Bura dünyanın mərkəzidir”.

Rusiyalı dizayner İqor Çakurin Nərgiz Paşayevaya müraciətlə demişdir: “Jurnalı anasının şərəfinə adlandırmaq bir qədər sentimentaldır, lakin əminəm ki, qızınız bununla Sizə öz ehtiramını və təşəkkürünü bildirmək istəmişdir”.

Moda və incəsənət aləminin tanınmış nümayəndələri Evelina Xromçenko və Jan-Klod Jitrua da Azərbaycana dəvət edildiklərinə və bu gözəl ölkə ilə tanışlığa görə Ülviyyə Rəhmanovaya təşəkkürlərini bildirmişlər.

Mərasimdə təşkil edilmiş konsertdə dünya şöhrətli azərbaycanlı skripkaçı Sabina Rakçeyeva çıxış etmişdir. Marina Sosninanın qum şousu, Azərbaycanın xalq artisti Rauf Babayevin rəhbərliyi ilə “ÜNS” qrupunun çıxışı, gənc Azərbaycan rəqqaslarının ifa etdiyi rəqs və Dilarə Kazımovanın çıxışı da tədbirin qonaqları tərəfindən böyük maraqla qarşılanmışdır.

Baş sponsoru “Azercell” şirkəti olan təqdimat mərasiminin keçirildiyi zalın girişinin qarşısında “Louvre” butiki tərəfindən təqdim edilən dünya şöhrətli zərgərlik brendlərinin eksklüziv modelləri sərgilənmişdi.

“Nargis” jurnalı Azərbaycan mətbuat sənayesində prinsipcə yeni və tamamilə fərqli bir istiqaməti təmsil edir. Jurnal moda və incəsənət dünyasında əsl bələdçi olmaq iddiasındadır.

Rus dilində nəşr edilən bu jurnalda moda ilə bağlı hər cür məlumatı tapmaq olar. Jurnalın səhifələrində moda aləmində müasir meyllər, mövsümi yeniliklər, məşhurların həyatı, afişalar və digər materiallar yer almışdır. Jurnalın oxucuları istedadlı heykəltəraş, rəssam, yazıçı, rejissor və musiqi xadimlərinin yaradıcılığına həsr edilmiş məqalələr vasitəsilə mədəniyyət və incəsənət aləmi ilə tanış olacaqlar.

Öz nəfis və müasir dizaynı ilə Azərbaycan mətbuatına bir yenilik gətirmiş “Nargis” jurnalının ilk buraxılışı öz oxucularını sevindirmişdir.

Jurnalın debüt nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın eksklüziv fotosessiyası və professor Nərgiz Paşayeva ilə müsahibə təqdim edilir. Jurnalın səhifələrində məşhur fransız kuturyesi Jan-Klod Jitrua, hazırda Londonda yaşayıb yaradan norveçli dizayner Kristian Aadnevik, Rusiyanın görkəmli teatr rejissoru Roman Viktyuk, dünya şöhrətli rəssam Natalya Nesterova, “Christie’s” hərrac evinin rəhbəri Devid Linli və başqaları ilə müsahibələr də dərc edilmişdir.

Jurnal ingilis dizaynerlər tərəfindən tərtib edilmişdir, lakin “Nargis” təkcə təsvirlər və mətnlər deyil, həm də yeni adlar, dizaynın yeni stilləri və çalarları, yeni məqsədlər və imkanlar deməkdir. Jurnal rübdə bir dəfə 368 səhifə həcmində çap olunacaqdır.

“Nargis” jurnalının hər buraxılışında maraqlı materiallar, yerli və dünya miqyaslı məşhur şəxslərlə müsahibələr dərc ediləcəkdir. 5 min nüsxə tirajla çap ediləcək bu jurnal Moda (Fashion), Mədəniyyət (Culture), Şəxslər (People), Sağlamlıq və gözəllik (Health and Beauty), Həyat tərzi (Lifestyle)  rubrikalarında ən son yeniliklərdən və trendlərdən xəbərdar olmağa imkan verəcəkdir.

Jurnalın yaradıcı kollektivi istər Azərbaycanda, istərsə də xarici ölkələrdə bu seqmentdə mövcud olan başqa nəşrlərdən üstün, nadir bir məhsul yaratmağı qarşıya hədəf qoymuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında