LƏNKƏRANDA GƏNCLƏR MƏRKƏZİ TİKİLİR

Bu gün gənclərimizin intellektual və yaradıcı potensialının üzə çıxarılması və ümummilli məsələlərə yönəldilməsi, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində dövlətimiz tərəfindən məqsədyönlü iş aparılır. Respublikamızın bölgələrində, o cümlədən Lənkəranda yaradılacaq Gənclər Mərkəzi də bu xoşməramlı məqsədə xidmət edəcəkdir.

Yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikinti sahəsi isə 1400 kvadratmetrdir. Üçmərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaqdır. Mərkəzin birinci mərtəbəsində kafe – diskoteka, tir və sinema zalları fəaliyyət göstərəcəkdir. Burada, həmçinin inzibati otaq yaradılacaqdır. Binanın ikinci mərtəbəsində konfrans, kompyuter və oxu zalları, yaradıcı otaq yerləşəcəkdir. Mərkəzin üçüncü mərtəbəsi Çay evi kimi fəaliyyət göstərəcəkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Lənkəran şəhərinin mərkəzində inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak etmişdi.

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında