Bakının mərkəzində yeni metrostansiyalar olacaq

Bakı Metropoliteni yeni xətdə yerləşən iki yeni stansiyasının inşasının hazırlıq işlərini yekunlaşdırmışdır.

Bakı Metropoliteni yeni xətdə yerləşən iki yeni stansiyasının inşasının hazırlıq işlərini yekunlaşdırmışdır. Bu barədə şənbə günü Trend-ə Bakı Metropolitenindən bildirmişlər.

Stransiyalardan biri Heydər Əliyev adına İdman Konsert Kompleksinin, ikincisi isə Xarici İşlər Nazirliyi və Qış bulvarının yaxınlığında yerləşəcək.

Məlumatda deyildiyi kimi, yeni xəttin yaradılması çərçivəsində başqa stansiyaların da tikintisi aparılır. “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının tikintisi artıq həyata keçirilir. Əvvəllər Papanin adlandırılan Ceyhun Səlimov küçəsində yerləşən hərbi hospitalın qarşısında yerləşəcək stansiyanın da inşasının hazırlıq işləri yekunlaşdırılmışdır.

Xəttin çəkilişi “Herrenknext” və “Robbins” tunelqazma kompleksləri vasitəsilə həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında