Tula vilayətində millətlərarası məşvərət məclisinin növbəti iclası keçirilmişdir

Tulada keçirilmiş vilayət millətlərarası məşvərət şurasının növbəti iclasında 2012-ci ilin yekunları müzakirə olunmuşdur.

Tulada keçirilmiş vilayət millətlərarası məşvərət şurasının növbəti iclasında 2012-ci ilin yekunları müzakirə olunmuşdur.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) fəalı Əlihüseyn Şükürov AzərTAc-a bildirmişdir ki, iclasda Azərbaycan, özbək, alman, türkmən, vyetnam, tacik, ukrayna və başqa xalqların diaspor təşkilatlarının rəhbərləri iştirak etmişlər. İclasda milli diasporların 2012-ci ildə əsas fəaliyyətləri qeyd edilmişdir.

 Diaspora təşkilatlarının Rusiyada keçirilmiş prezident seçkilərindəki iştirakına və prezidentliyə namizəd Vladimir Putinə ictimai dəstək verməsi, onun namizədliyinin müdafiəsi üçün yaradılmış xalq qərargahındakı fəaliyyətinə də toxunulmuşdur.

Tula vilayəti üzrə Daxili İşlər Nazirliyi İdarəsinin İctimai şurası çoxşaxəli fəaliyyəti davam etdirilmiş, xeyriyyə tədbirləri keçirmiş, milli bayramlar qeyd etmişdir. Tula vilayəti hökumətinin yanında fəaliyyət göstərən millətlərarası münasibətlər üzrə işçi qrupunun fəaliyyətinin gücləndirilməsi və ənənəvi “Milli mədəniyyətlər” festivalının keçirilməsi üçün konkret təkliflər irəli sürülmüşdür.

İclas iştirakçıları qeyd etmişlər ki, dövlət strukturlarının milli birliklərlə əməkdaşlığı millətlərarası münasibətlərin sabit şəkildə inkişafına imkan yaradır.

ÜAK mərkəzi şurasının üzvü və Tula vilayəti üzrə sədri, Tula regional millətlərarası məşvərət şurasının sədri, “Dostluq-Drucba” ictimai təşkilatının vitse-prezidenti Tofiq Musayev qeyd etmişdir ki, əsas məsələ Tula millətlərarası məşvərət şurasının birliyidir və bu, şura üzvləri tərəfindən təmin olunmuşdur. Bir-birini hər zaman dəstəkləməyə hazır olan bu cür güclü komanda ilə Rusiya Federasiyasında yaşayan bütün xalqların xoşbəxtliyi naminə yeni ideyalar həyata keçirmək olar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında