Fövqəladə Hallar Nazirliyi Kür çayında dibdərinləşdirmə işlərini davam etdirir

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kür çayında dibdərinləşdirmə işləri davam etdirilir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Kür çayında dibdərinləşdirmə işləri davam etdirilir.

APA-nın “Fövqəladə Hallar” qəzetinə istinadən verdiyi məlumata görə, nazirliyin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin tərkibində yaradılmış Dibdərinləşdirmə İşləri İdarəsi tərəfindən Kür çayının dibinin dərinləşdirilməsi və onun ötürücülük qabiliyyətinin artırılması üçün ilkin olaraq Neftçala, Salyan və Sabirabad rayonları ərazisində daha təhlükəli hesab edilən və hər birinin uzunluğu 10 km olmaqla təmizlənməsi vacib olan yerlər müəyyənləşdirilib.

Dibdərinləşdirmə zamanı məcradan kənarlaşdırılan lil-su qarışığının toplanmasına xidmət edən durulducuların tikintisi üçün yerlər seçilib. Təmizlənməsi nəzərdə tutulan ərazilərdə aparılan batimetriya tədqiqatları nəticəsində çıxarılacaq çöküntülərin miqdarı hesablanıb. Hesablamalar nəticəsində Neftçala rayonu ərazisində dərinləşdiriləcək məcradan 683 000 kubmetr, Salyan rayonu ərazisindən 793 min kubmetr, Sabirabad rayonu ərazisindən isə 355 min kubmetr, cəmi 30 km ərazidən 1,8 milyon kubmetr çöküntünün çıxarılması planlaşdırılır.Ötən ilin sentyabr ayından Salyan şəhəri ərazisində və çayın deltasında, noyabr ayından isə Neftçala rayonunun Kürkənd kəndi ərazisində dibdərinləşdirmə işlərinə başlanılıb.

Nazirliyin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən isə gursululuq dövründə daşqınların qarşısının alınması üçün Mingəçevir Su Anbarının iş rejimi hazırlanıb. Görülən tədbirlər nəticəsində 2011–2012-ci illərdə 2010-cu illə müqayisədə təqribən eyni həcmdə su qəbul edilərək ötürülüb. Daşqınların baş verməsinə yol verilməyib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında