LƏNKƏRANIN KƏRGƏLAN KƏNDİNDƏ HESABAT YIĞINCAĞI KEÇİRİLİB

“Xalq qəzeti”nin məlumatına görə, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq Lənkəranın inzibati ərazi dairələrində 2012-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarına start verilmişdir. İlk hesabat yığıncağı yanvarın 11-də Kərgəlan kəndində keçirilmişdir.

Hesabat yığıncağında çıxış edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov 2012-ci ildə Azərbaycanın  bütün sahələrində qazanılmış uğurlardan, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq nüfuzu xeyli artmışdır.

İcra başçısı daha sonra Prezident İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində Lənkəranda aparılmış genişmiqyaslı tikinti, yenidənqurma və abadlıq işləri barədə də çıxış etmiş, 2013-cü ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd etmiş, qəsəbə və kəndlərin qazlaşdırılmasının sürətləndiriləcəyini, yol infrastrukturunun, rayonun su-kanalizasiya sisteminin yenilənəcəyini, yeni məktəb binalarının, səhiyyə ocaqlarının istifadəyə veriləcəyini vurğulamışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında