İnteraktiv sorğu: "Sosial sığorta haqları ödənərkən gəlirlər düzgün göstərilirmi?"

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytında ictimaiyyətlə əlaqələri daha da genişləndirmək və inkişaf etdirmək məqsədilə növbəti interaktiv sorğu keçirilib.
Bu dəfə sorğu zamanı respondentlərə "Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi?" sualı ünvanlanıb. Sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 51,6 faizi sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirib. Sorğuya qatılanların 38,1 faizi isə "Sosial sığorta haqlarını ödəyərkən gəlirlərinizi düzgün göstərirsinizmi?" sualına "xeyr", 10,3 faizi isə "ehtiyac görmürəm" cavablarını verib. Sorğunun nəticələrinə əsasən belə demək olar ki, ümumilikdə respondentlərin sosial sığorta haqlarını ödəyərkən gəlirlərini düzgün göstərdiyini bildirənlərlə (51,6 faiz), ümumilikdə bunun əksini vurğulayanlar (48,4 faiz - 38,1 faiz "xeyr"; 10,3 faiz "ehtiyac görmürəm") arasında say fərqi o qədər də böyük deyil.
DSMF-dən bildirirlər ki, müasir dövrdə hər bir insan harada və hansı vəzifədə çalışmasından asılı olmayaraq, sosial sığortalanmağa çalışmalı və buna önəm verməklə xüsusi maraq göstərməlidir. Sosial sığortalanma bütün gəlir əldə edən əhalinin sosial risklərdən sığortalanmasını ifadə edir. Ona görə də hər bir çalışan vətəndaş dövlət sosial müdafiə orqanlarında uçota durmalı və onun üçün qanunla müəyyən olunmuş sosial sığorta normativlərinə uyğun, vaxtlı-vaxtında sosial sığorta haqlarını ödəməlidir. Sığortaolunanlara xatırlatmaq yerinə düşər ki, 2006-cı il yanvarın 1-dən etibarən tətbiq olunan "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyaları fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Bu o deməkdir ki, pensiyanızın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından birbaşa asılıdır.
İşlədiyiniz dövrlər üçün məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalı, gəlirlərinizi düzgün göstərməlisiniz. Hamı bilməlidir ki, məcburi dövlət sosial sığortalanma onların özü və gələcəyi üçün ən etibarlı təminatdır. Şəxsi fərdi hesablarda toplanmış məbləğ daim inflyasiya göstəricilərinə uyğun indeksləşdirilir, gələcəkdə daha böyük məbləğ şəklində həmin insanların təminatında rol oynayır. Sığortaolunanlar sosial risklərlə üzləşdikdə qanunvericiliyin verdiyi üstünlüklərdən istifadə edə bilərlər.
Sosial risklər dedikdə, pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti, işsiz olmaq (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) nəzərdə tutulur. Onu da qeyd etmək yerinə düşər ki, sosial sığorta "Sosial sığorta haqqında" qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Bu qanunla sahibkarlıq fəaliyyəti ilə məşğul olan, kənd təsərrüfatına yararlı torpaq pay mülkiyyətçiləri və digər qruplar üçün sosial sığorta dərəcələri ayrı-ayrılıqda müəyyən olunmuşdur.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında