Bibiheybət qəsəbəsi abadlaşır, gözəlləşir

Ölkə rəhbərliyinin Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğısının artması nəticəsində Səbail rayonunun ən qədim yaşayış məntəqələrindən olan Bibiheybətdə də bir sıra işlər həyata keçirilmişdir.

 

Ölkə rəhbərliyinin Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğısının artması nəticəsində Səbail rayonunun ən qədim yaşayış məntəqələrindən olan Bibiheybətdə də bir sıra işlər həyata keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının Bibiheybət Qəsəbə Nümayəndəliyinin 2012-ci ilin yekunlarına həsr olunan yığıncağında son 1 ildə görülmüş işlər müzakirə olunmuş, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.

Hesabat məruzəsi ilə çıxış edən Bibiheybət qəsəbə icra nümayəndəsi Anar Həsənli bildirmişdir ki, burada hazırda 2200 nəfər əhali yaşayır, 365 nəfər məcburi köçkün məskunlaşmışdır. 2012-ci il ərzində qəsəbədəki məktəb və Namiq Quliyev küçələrinə, Salyan yolundan Badamdar qəsəbəsi istiqamətinə, “Şahinbağ” yaşayış sahəsinə 10200 kvadratmetr yeni asfalt qatı salınmışdır, Qəsəbə daxilində 4000 kvadratmetr sahədə fərdi yaşayış  evlərinin hasarları və digər tikililərin divarları rənglənmiş, Salyan şosesi boyunca yola 500 maşından çox torpaq qatı tökülərək, 750 kvadratmetr sahəyə qazon otu səpilmiş və dekorativ ağaclar əkilmişdir.

Muxtarov yaşayış sahəsindən “Dostluq parkı”nadək ərazidə, Salyan  yolu boyunca yerləşən bütün hasarlar təmir olunaraq rənglənmiş, qəsəbə ərazisində 500-dən çox ağac əkilmişdir. Dövlət Proqramına uyğun olaraq 50 saylı orta məktəb  əsaslı təmir olunaraq hər cür avadanlıqlarla təchiz olunmuşdur. Qəsəbə mədəniyyət evi və kitabxanada da təmir-bərkitmə işləri aparılır, burada əlavə otaq tikilir.

70 saylı uşaq bağçasının əsaslı təmirinə, əlavə musiqi zalı və 3 otağın tikintisinə başlanmışdır. 

Ötən il ərzində qəsəbə sakinlərinin elektrik enerjisi, qaz və su ilə təminatı istiqamətində rayonun xidmət sahələri müvafiq tədbirlər həyata keçirmişdir. Köhnəlmiş 5 ədəd yarımstansiya əvəzinə yeni 35/6 kV-luq yeni yarımstansiyanın tikintisi, 6-10 kV-luq kabel xətlərinin və KTM-lərin quraşdırılması, 0,4 kV-luq şəbəkənin yenidən qurulması işləri aparılmışdır. Qəsəbədə abonentlər tam sayğaclaşdırılmış, Salyan yolu  —  32 ünvanda   yaşayan sakinlərin   qaz təchizatının yaxşılaşdırılması üçün yeni xətlərin çəkilməsi, istismara yararsız xətlərin yenilənməsi, yeni tikilən yaşayış evlərinin qazlaşdırılması işləri aparılmışdır.

Natiq daha sonra bildirmişdir ki, Qurban, Ramazan və Novruz bayramlarında  qəsəbədə  məskunlaşmış köçkün, şəhid ailələrinə, Qarabağ əlilləri, kimsəsiz və imkansızlara  300 ərzaq payı verilmiş, qəsəbədəki xeyir-şər evində   iftar süfrəsi təşkil olunmuşdur.

 

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Azərbaycan Respublikası Prezidenti İlham  Əliyevin Bakı şəhərinin qəsəbələrinə göstərdiyi diqqət və qayğıdan, gələcəkdə Bibiheybət qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır. A.Əsgərov 2012-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə də geniş məlumat verərək qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən hazırda Bakı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri həyata keçirilir. “İdman ili” ilə əlaqədar “Şıx” çimərlik zonasındakı “Dostluq parkı”nda müasir  velo-kriteriumun yaradılması ilə bağlı işlərə başlanmışdır.

Başçı daha sonra bidirmişdir ki, RİH tərəfindən görülən işlərdən əlavə digər məhəllələr də abadlaşdırılacaq, qəsəbədaxili yollar, mədəniyyət evi və kitabxanada, uşaq bağçasında əsaslı təmir bu il başa çatdırılacaq. Qəsəbənin su və kanalizasiya sisteminin yenidən qurulması, daxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılmışdır. 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında