"Azərbaycan xalqı. Soyqırım qurbanları" muzeyi yaradılacaqdır

"Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin "Azərbaycan xalqı. Soyqırım qurbanları" muzeyinin yaradılması ilə əlaqədar "Telemarafon" layihəsinin təqdimatı olmuşdur.
İctimai Birliyin sədri Elşən Məmmədov bildirmişdir ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı genişmiqyaslı soyqırım cinayətləri törətmişlər. Bunun nəticəsində iki əsr ərzində 4 milyondan çox azərbaycanlı həlak olmuş, xəsarət almış, yurd-yuvasından didərgin düşmüşdür. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları qurbanlarına həsr olunmuş muzeyin yaradılması bu problemin aradan qaldırılması, Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası, erməni faşistlərinin törətdiyi soyqırımların tanınması istiqamətində atılacaq mühüm addım olacaqdır. Telemarafonda iştirak etmək Vətən üçün canı yanan hər bir azərbaycanlının mənəvi borcudur.
Vurğulanmışdır ki, yaradılacaq muzeydə sadəcə eksponatlar nümayiş etdirilməyəcək, muzey informasiya-analitika mərkəzi kimi fəaliyyət göstərəcəkdir.
Telemarafon bu ilin dekabrında keçiriləcəkdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında