“ASAN xidmət” mərkəzi yanvarın 15-dən əhaliyə xidmət göstərməyə başlayacaqdır

Xəbər verdiyimiz kimi, 2012-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.

 

Xəbər verdiyimiz kimi, 2012-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı “ASAN xidmət” mərkəzinin açılışı olmuşdur.

Açılışda Azərbaycan Prezidenti İlham Əliyev iştirak etmiş, agentlik və onun 1 saylı “ASAN xidmət” mərkəzinin gələcək fəaliyyəti ilə bağlı tövsiyə və tapşırıqlarını vermişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki, 1 saylı “ASAN xidmət” mərkəzi yanvarın 15-dən etibarən vətəndaşlara xidmət göstərməyə başlayacaqdır. Pilot layihə çərçivəsində ilkin olaraq “ASAN xidmət” mərkəzi paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmətləri təqdim edəcəkdir.

 “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 23 xidmət  göstəriləcəkdir.

Mərkəzin xidmətlərindən vətəndaşlar həmçinin şəxsən, telefon və ya internet vasitəsi ilə ünvanladığı müraciətlər əsasında istifadə edə biləcəklər. Belə ki, vətəndaşın mərkəzə gəlmədən, internet (www.asan.gov.az saytının “Onlayn növbə” bölməsindən ) və ya telefon vasitəsi ilə (108-"Çağrı" mərkəzi) də növbə tutmaq imkanı olacaqdır. Vətəndaşları dövlət orqanlarının göstərdikləri xidmətlər və bu xidmətlər üçün tələb olunan sənədlər barədə məlumatlandırma, habelə onların şikayət və təkliflərini qəbul etmə funksiyalarını yerinə yetirəcək agentliyin “Çağrı” mərkəzi  fevralın 1-dən etibarən tam fəaliyyət göstərəcəkdir.

Ətraflı məlumatı agentliyin rəsmi internet saytından (www.asan.gov.az ), Facebook səhifəsindən  (http:facebook.com/www.asan.gov.az”) və “Çağrı” mərkəzindən (2013-cü il fevralın 1-dən) əldə edə bilərsiniz.

“ASAN xidmət” mərkəzi Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir və həftənin bütün günləri səhər saat 10-dan axşam 8-dək, bazar günləri isə axşam saat  5-dək vətəndaşları qəbul edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında