Qaçqın və köçkünlərin həyat şəraiti daha da yaxşılaşdırılır

 

Dünən Nazirlər Kabinetində baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Azərbaycan Prezdentinin imzaladığı “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqram”nda və həmin dövlət proqramına Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabır tarixli 2745 nömrəli və 2011-ci il  21 fevral tarixli 1346 nömrəli sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar 2012-ci ildə görülmüş işlər və 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərə həsr olunmuş müşavirə keçirilmişdir.

Əli Həsənov müşavirədə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatların, xarici və daxili siyasətin uğurlu nəticələri, eləcə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması barədə ətraflı məlumat verdi.

O dedi: “Cari ildə qaçqın və məcburi köçkünlər üçün 8 qəsəbə, 4 min mənzilin tikintisi nəzərdə tutulub, 20 min məcburi köçkün mənzillə təmin olunacaq”

Əli Həsənov Prezident İlham  Əliyevin sərəncamları ilə təsdiq edilmiş qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramlarının icrasının uğurla davam etdirildiyini vurğuladı.

Ötən il Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün salınmış 9  beşmərtəbəli yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaşayış evlərinin açılışında şəxsən iştirak etmişdir.

Əli Həsənov 2013-cü ildə Saatlı, Oğuz və Beyləqan rayonlarında da axıska türkləri üçün 142 mənzilin tikiləcəyini bildirdi.

Əli Həsənov bu il üçün nəzərdə tutulan bütün tikinti işlərinin avqust-sentyabr aylarına kimi tamamlanacağını bildirdi.

Sonra Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarət üzrə əlaqələndiricisi Vəfa Əli-zadə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2013-cü ildə yeni qəsəbə və məhəllələrin salınması ilə bağlı torpaqayırma və layihələndirmə işlərinin vəziyyəti barədə ətraflı məlumat vermişdir.

Əli Həsənov görüləcək işlərin keyfiyyətinin artırılması və tikintinin sürətləndirilməsi ilə bağlı əlaqədar şirkətlərin rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

 

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında