LƏNKƏRANDA YOLLAR ASFALTLAŞDIRILIR

Bölgədən “Xalq qəzeti”nə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2012-ci il tarixli Sərəncamına əsasən 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil, 17 avqust 2012-ci il tarixli Sərəncamına əsasən 28 min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Şürük-Vel-Qamışovka avtomobil yollarının tikintisi uğurla həyata keçirilir. Artıq Vilvandan Osakücəyədək və Günəhir kəndinin ərazisinədək olan yol tamamilə asfaltlaşdırılıb.

Şürük-Vel-Qamışovka avtomobil yolunda tikinti başa çatdırılıb. Şürükdən başlanan yol Siyavar kəndinin sonunadək tamamilə asfaltlaşdırılıb.

Qeyd edək ki, sözügedən avtomobil yolları bərbad vəziyyətdə idi. Payız-qış aylarında palçığın, yay aylarında isə toz-torpağın əlindən keçmək mümkün deyildi. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında