Strasburqda "Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində" mövzusunda sərgi keçirilmişdir

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirmişlər ki, bu günlərdə Fransanın Strasburq şəhərində Azərbaycan Xarici İşlər Nazirliyinin təşəbbüsü, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurası Parlament Assambleyası (AŞPA) rəhbərliyinin dəstəyi ilə "Azərbaycan gömrüyü mədəni və dini irsin keşiyində" mövzusunda sərgi, eyni zamanda "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" kitabının təqdimatı keçirilmişdir.
Tədbirdə DGK-ın sədri Aydın Əliyevin başçılığı ilə nümayəndə heyəti, həmçinin Xalq Rəssamı Ağəli İbrahimov, tanınmış bəstəkar, pianoçu Vüqar Camalzadə iştirak etmişlər.
AŞPA-ın əsas binasında keçirilən açılış mərasimində qurumun sədri Mövlud Çavuşoğlu, DGK-ın sədri Aydın Əliyev, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış etmişlər.
AŞPA-nın sədri Mövlud Çavuşoğlu sərgini Azərbaycanın müxtəlif mədəniyyətlərə malik olmasının göstəricisi kimi səciyyələndirmişdir: "Bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini, ölkədə yaşayan digər xalqların müxtəlifliyini göstərir. Azərbaycan xalqı respublikada yaşayan bütün etnik xalqların mədəniyyətinə hörmətlə yanaşır. Ölkədə mədəniyyətlərarası və dinlərarası harmoniya daim mövcud olmuşdur. Bunlar, həmçinin Avropa Şurasının da dəyərləridir. Avropada müxtəlif dinlər və mədəniyyətlər var və bu dəyərlər bizi bir yerə yığır. Uğur qazanmağımızın əsas açarı müxtəliflikdə bir olmaqdır və biz də bunu bu sərgidə görə bilərik".
DGK-ın sədri Aydın Əliyev çıxışında son illərdə müstəqil Azərbaycanın gömrük xidməti tərəfindən böyük miqdarda qədim əşyaların ölkəmizdən çıxarılmasının və onun sərhədlərindən tranzitlə qanunsuz keçirilməsi cəhdlərinin qarşısının alındığını qeyd etmişdir. Bildirmişdir ki, bugünkü görüşümüzün məqsədi sizi xilas edilmiş şah əsərlərin bir qismi və bizim rəsm qalereyasının eksponatları ilə, Azərbaycan xalqının tarixi, mədəniyyəti və tolerantlığı ilə tanış etmək, diqqətinizi yer üzündə tarixi və mədəni sərvətlərə qəsd edilən nəzarətsiz ərazilərə cəlb etmək istəyidir.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə bir sərginin keçirilməsini yüksək qiymətləndirmiş, tədbirin məqsədinin Azərbaycanda mədəni irsə və mədəni müxtəlifliyə verilən diqqət və qayğının, Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi siyasətin AŞ-da tanıtmaq olduğunu diqqətə çatdırmış, mərasimdə iştirak edən Avropa ölkələrinin parlament nümayəndələrinə öz dərin təşəkkürünü bildirmişdir.
Açılış mərasimində Makedoniyanın maliyyə naziri A.Miloşoşovski, AŞPA-nın sabiq prezidenti lord Terri Devis, AŞPA-nın baş direktorları Filip Boylat, Aleksandr Vladiçenko, informasiya departamentinin rəhbəri İvan Kaidjikov, müxtəlif ölkələrin parlament nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.
İştirakçılar nümayiş etdirilmiş əsərləri böyük maraqla seyr etmişlər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər də keçirmişdir.
AŞPA-nın sədri Mövlud Çavuşoğlu və qurumun baş katibinin müavini V.Savitski ilə keçirilən görüşlərdə sərginin təşkilinə yaradılan şəraitə görə minnətdarlıq ifadə olunmuş, qarşı tərəf isə belə bir sərginin keçirilməsini mədəniyyətlərin təbliği baxımından yüksək qiymətləndirmişdir. AŞPA rəhbərliyi ilə görüşdə xüsusilə vurğulanmışdır ki, qurum yarandığı gündən belə bir yüksək səviyyəli sərgiyə ev sahibliyi etməmişdir.
İstər AŞPA rəhbərliyi, istərsə də bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirilən görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında