Bakı-Azərbaycan Yeparxiyası Milad bayramı münasibətilə qəbul təşkil etmişdir

Bakı-Azərbaycan Yeparxiyasının Rus Pravoslav kilsəsinin başçısı arxiyepiskop Aleksandr Milad bayramı münasibətilə “Park İnn” otelində qəbul təşkil etmişdir.

Bakı-Azərbaycan Yeparxiyasının Rus Pravoslav kilsəsinin başçısı arxiyepiskop Aleksandr Milad bayramı münasibətilə “Park İnn” otelində qəbul təşkil etmişdir.

Arxiyepiskop Aleksandr tədbir iştirakçılarını müqəddəs Milad bayramı münasibətilə təbrik etmiş, bu ilin uğurlu, firavan və dinc olması üçün dua etmişdir.

Azərbaycan Rus Pravoslav kilsəsinin başçısı qeyd etmişdir ki, Milad münasibətilə bayram ibadətləri həftənin sonunadək davam edəcəkdir. Milad ibadətləri Azərbaycanın bütün kilsələrində keçirilmişdir.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Azərbaycanın dini icmalarının rəhbərləri, xarici ölkələrin ölkəmizdəki səfirləri iştirak etmişlər.

Yanvarın 10-da Milad bayramı çərçivəsində Kapelhausda xeyriyyə konserti olacaqdır.

Xatırladaq ki, Bakıda Milad münasibətilə xeyriyyə konserti hər il təşkil edilir.

Ölkəmizin paytaxtında uşaqlar üçün Milad xeyriyyə yolkası da təşkil edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında