“Baku Steel Company”dən “Polad təqaüd”

“Baku Steel Company” MMC nin maliyyələşdirdiyi təqaüd proqramı, ilkin mərhələdə, Azərbaycan Texniki Universitetinin tələbələrinə ünvanlanıb.

 “Baku Steel Company” MMC nin maliyyələşdirdiyi təqaüd proqramı, ilkin mərhələdə, Azərbaycan Texniki Universitetinin tələbələrinə ünvanlanıb. Bu sözləri “Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyinin AzTU-da “Polad təqaüd” layihəsinin təqdimat mərasimində çıxış edən BSC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov deyib.

Müşahidə Şurasının sədri qeyd edib ki, Azərbaycan metallurgiyası Sovet respublikaları arasında ən qabaqcıllardan olsa da, metallurgiya müəssisələrinin köhnəlməsi və yararlılığını itirməsi bu sahəyə olan marağı azaltdı. İş yeri kimi gənclərin diqqətini cəlb etmədiyindən, bu sahədə ixtisaslı kadr boşluğu yarandı. Hal-hazırda müasir texnologiyaları mənimsəməklə, metallurgiya müəssisələrimizi dirçəldirik. Yeni-yeni metallurgiya müəssisələri işə salırıq. Qarşımızda duran əsas məqsəd isə öz kadrlarımızı yetişdirmək, onların həm Azərbaycanda, həm də xaricdə ən yaxşı biliklərə yiyələnərək, metallurgiya sənayemizə fayda verməsinə çalışmaqdır.

Şirkətin təsis etdiyi aylıq təqaüdün məbləği 150 manatdır. Amma  sessiyasını əla qiymətlərlə  başa vuran tələbələr üçün isə bu məbləğ 200 manat olacaq.  Təqaüd  müsabiqəsi 7 fakültənin 62 tələbəsi arasında keçirilib. İkimərhələli müsabiqə nəticəsində 16 tələbə “Polad təqaüd”ü  almağa layiq görülüb.  Bundan əlavə “Baku Steel Company” seçilmiş tələbələrin təhsillərini xaricdə davam etdirməsini və işlə təmin olunmasını da öz üzərinə götürüb.

 “Polad təqaüd”ü  alan  3-4-cü kurs tələbələri istehsalat təcürbələrini  “Baku Steel Company”də keçəcək,  diplom və kurs işlərini də istehsalatın tələblərinə uyğun olan mövzular üzrə seçəcəklər. Bununla, onların qeyd edilən sahəni daha dərindən öyrənmələrinə şərait yaradılacaqdır.

 AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədovun da iştirak etdiyi tədbirdə “Polad təqaüd” proqramının qaliblərinə sertifikat və təqaüd alacaqları plastik kartlar təqdim olundu. Qeyd olundu ki, “Baku Steel Company” MMC belə təşəbbüsləri bundan sonra da dəstəkləyəcəkdir. “Azərbaycan Metallurqlar Cəmiyyəti” İctimai Birliyinin təşşəbbüsü ilə reallaşan bu yeni proqram ölkədə metallurgiya sahəsinin davamlı inkişafına yönəlmiş çox az korporativ layihələrdəndir.

“Baku Steel Company MMC” nin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında