Ekologiya sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

{nl}

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti beynəlxalq əməkdaşlıq sahəsində də uğurla davam etdirilir. Belə ki, bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanmış və razılaşdırılma prosesləri həyata keçirilmişdir.
Məlumat üçün bildirək ki, 2009-cu ilin 25-28 iyun tarixlərində Latviya Respublikasının ətraf mühit naziri cənab Raymonds Veyonisin rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikası hökuməti və Latviya Respublikası hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş" imzalanmışdır.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 iyun tarixli sərəncamına əsasən 2009-cu ilin 17 iyul tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq Təşkilatı (GTZ) arasında "Təbii sərvətlərin davamlı idarə olunması sahəsində əməkdaşlıq" haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli sərəncamına əsasən "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikası Ətraf Mühit Sənayesi və Texnologiyalar İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin İdarə Edilməsi üzrə Baş Planın hazırlanmasına dair Anlaşma Memorandumu" 2009-cu il 14 sentyabr tarixində Bakı şəhərində, 2009-cu il 16 sentyabr tarixində isə Seul şəhərində imzalanmışdır.
Həmçinin Azərbaycan Respublikası və Suriya Ərəb Respublikası arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Suriya Ərəb Respublikasının Ətraf Mühit Məsələləri Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanmaq üçün müvafiq dövlətdaxili prosedurlardan keçmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri H.Bağırov Azərbaycan Respublikası hökuməti və Hindistan Respublikası hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri təyin edilmiş və bu məqsədlə 2009-cu il 26 noyabr tarixində Azərbaycan Respublikası hökuməti və Hindistan Respublikası hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın birinci iclası keçirilmiş və iclasın yekunu olaraq protokol imzalanmışdır.
"Avropa Landşaft Konvensiyası"nın mətni dövlət dilinə tərcümə edilmiş və rəsmi mətnə uyğunluğunun təsdiq edilmiş variantının Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi üzrə prosedurlar həyata keçirilir.
Eyni zamanda, QEF, UNİDO, UNEP, USAİD, NATO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatlarla ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilir.
Hazırda Azərbaycan ekoloji problemlərin həlli ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuş və bu istiqamətdə işlər davam etdirilməkdədir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında