Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı İsveçrədə qeyd edilmişdir

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bern şəhərində tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bern şəhərində tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, azərbaycanlı tələbələr, ziyalılar və İsveçrə ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Səfir Əkrəm Zeynallı ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu tarixin mahiyyəti və məqsədindən danışmışdır. Ə.Zeynallı xaricdə yaşayan soydaşlarımızın ölkəmizin beynəlxalq ictimaiyyətdə tanıdılması və təbliğ edilməsindəki müstəsna rolu, bu istiqamətdə Azərbaycan dövlətinin göstərdiyi dəstək barədə ətraflı məlumat vermişdir. Səfir, həmçinin Azərbaycanın son illərdə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə əldə etdiyi uğurlardan danışmışdır.

Sonra tədbir konsert proqramı ilə davam etmiş, qonaqlara milli mətbəximizin nümunələri təqdim olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında