"Qara şəhər"in ağ günləri qabaqdadır

Bakının Xətai rayonunda yerləşən və tarixən Qara Şəhər adını daşıyan ərazidə yeni müasir mərkəz yaradılacaq. Memarlıq və mühəndis layihələndirilməsi ilə məşğul olan "Atkins" şirkətindən verilən məlumata görə, Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə hazırlanmış layihə paytaxtın yeni müasir mərkəzinə çevriləcək və bundan sonra Bakı Ağ Şəhər (Baku White City) adlanacaq.
Sahəsi 221 hektar olan bu ərazi şəhərin müasir mərkəzi kimi bir anlayışı tamamilə dəyişərək və genişləndirərək, yeni bir sima alacaq. Bakı Ağ Şəhər layihəsinin baş planı sakinlərə yaşayış, iş, istirahət və əyləncələr üçün ən yaxşı şərait təqdim edəcəyi 10 şəhər tipli universal kvartalın yaradılmasını nəzərdə tutur.
Bakının müasir mərkəzi həm də şəhər nəqliyyatının yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, burada Bakı Ağ Şəhərinin mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə, avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi da planlaşdırılır. Bununla yanaşı, su nəqliyyatından istifadə edilməsi üçün bütün Bulvar xətti boyu dəniz yolunun salınması da nəzərdə tutulub.
Artıq Bakı Ağ Şəhər layihəsinin infrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb və layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş "Azəryolservis", "Azərelektrikşəbəkə", "Azəriqaz", "Aztelekom" və bu kimi müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb.
Bakı Ağ Şəhər layihəsi üzərində işləmək üçün azərbaycanlı mütəxəssislərlə yanaşı, mühəndis dizaynı sahəsində ixtisaslaşan "Atkins" (Böyük Britaniya) şirkətindən əlavə, "Foster + Rartners" və "F+A Architects" kimi məşhur memarlıq şirkətləri də cəlb edilib.
Qeyd edk ki, "Atkins" şirkəti 1938-ci ildə təsis olunub və həmin ildən etibarən indiyədək şirkət 200 ölkədə layihələr icra edib. Şirkətin ən məşhur layihəsi dənizdə inşa olunmuş və ən hündür hotel kimi Ginnesin rekordlar kitabına daxil edilmiş Dubay şəhərində yerləşən "Burj-Al-Arab" mehmanxanasıdır.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında