İlk dəfə olaraq “Azərbaycanın kosmolandşaft xəritəsi” tərtib edilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən ilk dəfə olaraq bütün ölkə ərazisi üçün “Azərbaycanın kosmolandşaft xəritəsi” tərtib olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu tərəfindən ilk dəfə olaraq bütün ölkə ərazisi üçün “Azərbaycanın kosmolandşaft xəritəsi” tərtib olunmuşdur.

İnstitutun direktor müavini Ramiz Məmmədov APA-ya bildirmişdir ki, xəritə ilk dəfə olaraq son 40-50 ildə baş vermiş landşaft-ekoloji, iqlim, səhralaşma kimi təbii-antropogen dəyişikliklər nəzərə alınmaqla iri miqyaslı

(M 1:250000) kosmik şəkillərin deşifrələnməsi materialları əsasında bütün ölkə ərazisinin təbii landşaft komplekslərinin vəziyyətini əks etdirir.

Xəritə hazırlanarkən Azərbaycan ərazisində XX əsrin II yarısında və XXI əsrin əvvəllərində aparılan bütün landşaft tədqiqatlarının və xəritələşdirilməsinin nəticələri müqayisəli təhlil edilmişdir. Yeni landşaft xəritəsində ayrılan bütün landşaft kompleksləri (sinif, tip, yarımtip, növ), o cümlədən işğal olunmuş ərazilərin landşaftlarının, arealları dəqiqləşdirilib və onların sərhədlərinin xeyli fərqli olduğu aşkarlanmışdır. Yeni landşaft xəritəsi böyük həcmli müasir elmi tədqiqatların elmi-nəzəri və metodiki ümumiləşdirilməsi olaraq gələcək landşaft-ekoloji, landşaft planlaşdırılması, rayonlaşdırılması, meliorasiya, rekreasiya və digər istiqamətli tədqiqatlar üçün elmi əsas rolunu oynayacaq.

Bununla yanaşı, Acınohur alçaq dağlığı və Qanıx-Əyriçay vadisi geosistemlərinin landşaft-geokimyəvi differensiasiyası, ekoloji gərginliyin, infrastrukturun və ekoloji karkasın əsas xüsusiyyətləri müəyyən edilib. Ərazinin təbii-təsərrüfat sisteminin inkişaf istiqamətlərini nəzərə almaqla coğrafi informasiya sistemi əsasında böyük miqyaslı “Landşaft-ekoloji” və “Geokimyəvi landşaft” xəritələri hazırlanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında