Naxçıvan Dövlət Universiteti adından “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim olunub

Bu münasibətlə keçirilən görüşdə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli ordu və xalq birliyinin əhəmiyyətindən danışıb.

Bu münasibətlə keçirilən görüşdə çıxış edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli ordu və xalq birliyinin əhəmiyyətindən danışıb. Dövlət  sərhədlərinin qorunmasında, ölkənin təhlükəsizliyinin təmin olunmasında ordunun rolundan danışan rektor ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlərdən danışıb.

 Natiq ölkəmizin hərbi büdcəsinin hər il artdığını, eyni zamanda, müdafiə təyinatlı məhsullar istehsal edən Müdafiə Sənayesi Nazirliyinin yaradılmasını ölkəmizdə ordu quruculuğunun ən yaxşı göstəricilərindən biri olduğunu qeyd edib.

31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında danışan rektor əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu bayramın hazırda  bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini deyib. Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurlardan danışan rektor, bu yolun hazırda ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Universitetin rektoru Azərbaycan Ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu deyib.

Sonda gətirilən 24 adda ərzaq və qeyri-ərzaq məhsulları əsgərlərə təqdim olunub.

“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında