Binəqədi rayonunda Yeni il bayramı qeyd olundu

Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı və imtiyazlı ailələr, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirildi.

Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı və imtiyazlı ailələr, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirildi.

Tədbirin əvvəlində  Qar qız bütün uşaqları salamladı. Sonra isə Şaxta babanı çağırdı. Şaxta babanın gəlişi  şənliyi daha da canlandırdı, balacaların sevincini birə-beş artırdı.

Uşaqların xüsusi geyimləri müxtəlif qəhrəmanları xatırladırdı. Onlar Qar kraliçasının, Zoluşkanın, Qırmızıpapağın, Zorronun, Buratinonun, Dəniz quldurlarının obrazlarını yaratmışdılar. Rəngarəng rəqs nömrələri, səhnəciklər, müxtəlif oyunlar  şənliyi daha da yaddaqalan etdi, balacalarda  şən əhval - ruhiyyənin daha da artmasına səbəb oldu.

Tədbirdə rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar  şöbəsinin müdiri Tamilla Hacıyeva  şənlik iştirakçılarını qarşıdan gələn bayramlar münasibtilə təbrik etdi,  onlara cansağlığı, firavan həyat arzuladı.

Geniş konsert proqramı ilə davam etdirilən şənliyin sonunda uşaqlara bayram hədiyyəsi paylanıldı.

Balacalar, bax, beləcə 2012-ci illə xoş əhval-ruhiyyə ilə vidalaşdılar.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında