Yeni körpələr evi-uşaq bağçasının açılışı olmuşdur

Zaqatalada dövlət vəsaiti hesabına əsaslı təmir və avadanlıqla təchiz edilmiş 5 saylı şəhər və Əlibayramlı kənd körpələr evi- uşaq bağçalarının açılış mərasimi keçirilmişdir.

Zaqatalada   dövlət vəsaiti hesabına əsaslı təmir və avadanlıqla təchiz edilmiş 5 saylı şəhər və Əlibayramlı kənd körpələr evi- uşaq bağçalarının açılış mərasimi keçirilmişdir.

Tədbirdə  Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-müdafiə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Şəhər 5 saylı körpələr evi- uşaq bağçasının açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu gün Azərbaycanda uşaqların hüquqlarının qorunması, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqların gələcəyinin daha gözəl və firavan olması üçün ölkə rəhbərinin yürütdüyü siyasətdən danışmış, bu məqsədlə ölkəmizdə tikilmiş  uşaq evlərini, uşaqlar üçün əyləncə mərkəzlərini, reabilitasiya mərkəzlərini misal göstərmişdir.  Natiq öz çıxışında  həm də bu işdə böyük pay sahibi olan Heydər Əliyev Fondunu və onun prezidenti, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzsiz və misilsiz xidmətlərini  xüsusi vurğulamışdır.

Digər çıxış edən natiqlər ulu öndər Heydər Əliyevin uşaqların müdafiəsi istiqamətində gördüyü işlərdən danışmış, məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uşaqların müdafiəsi ilə əlaqədar müxtəlif  fərman və sərəncamların  imzalandığını qeyd etmiş, bu gün də bu siyasi kursun möhtərəm Prezidentimiz  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışlar. Natiqlər bunun bariz nümunəsi kimi bu gün istifadəyə verilən, ən müasir üslubda inşa edilmiş, hər cür yumşaq və bərk inventarla təmin edilmiş uşaq bağçasını misal göstərmişlər.

Bağçanın açılış mərasimini bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılmış şəraitlə tanış olmuşlar.

 Daha sonra tədbir iştirakçıları Əlibayramlı kənd körpələr evi- uşaq bağçasına baxış keçirmişlər.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında