Zaqatala xəbərləri Zaqatala xəbərləri

Yuxarı Tala kəndinə qaz çəkilişi başa çatmışdır

Zaqatalanın   ən iri yaşayış məntəqələrindən biri olan Yuxarı Tala kəndinin sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində dəyərli hədiyyə almışlar. Kəndin yuxarı hissəsinin qazlaşdırılması işinin tam başa çatdırılması  ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə əhalinin mavi yanacaqla təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən  danışmışdır.

Məruzəçi qeyd etmişdir ki, Yuxarı Tala kəndinin bir hissəsinə mavi yanacağın verilməsi hələ 2005-ci ildə təmin olunmuşdur. Kəndin yuxarı hissəsinin (Qırğıllı və Dülüsoba) iki min nəfərə yaxın sakini  təbii qazdan istifadə edə biləcəkdir. Bu məqsədlə kəndin daxilində 30 kilometr uzunluğunda orta təzyiqli qaz xətti çəkilmiş, 500 abonentə təbii qazın verilməsi  təmin olunmuşdur. Artıq Yuxarı Tala kəndində 1800-dən çox abonent  təbii qazdan istifadə edir.

 Hazırda  rayonda qaz istifadəçilərinin ümumi sayı 11 mini keçmişdir. Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minətdarlıqlarını bildirmişlər.

Sonra qaz xəttinin açılışını bildirən məşəl alovlandırılmış və mənzillərə təbii qaz verilmişdir.

Elə həmin gün Zaqatala şəhərində daxili imkanlar hesabına inşa edilmiş yeni  xeyir-şər evinin açılış mərasimi keçirilmişdir.  Bu münasibətlə keçirilən mərasimdə çıxış edən şəhər sakinləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində gerçəkləşdirilən belə hədiyyəyə  görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra binaya baxış keçirilmişdir. Bu, cari ildə Zaqatala şəhərində istifadəyə verilən  sayca ikinci xeyir-şər binasıdır. Sahəsi 200 kvadratmetr olan ictimai bina bu ərazidə yaşayan 700 nəfərə yaxın sakinə xidmət göstərəcəkdir. Mətbəx və iki zaldan ibarət olan bina zəruri avadanlıqlarla təchiz edilmişdir.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında