“Dəyirmi masa” keçirilmişdir

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun akt zalında “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezıdentinin sərəncamı, eləcə də “Mülki işlərə baxılması zamanı qanunlara əməl edilməsinin elmi-nəzəri təminatları” mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirimişdir.

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun akt zalında “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezıdentinin sərəncamı, eləcə də “Mülki işlərə baxılması zamanı qanunlara əməl edilməsinin elmi-nəzəri təminatları” mövzusuna həsr olunmuş “dəyirmi masa” keçirimişdir.

Tədbir AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun,  “Elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar yaradılmış işçi qrupun, respublika Ali Məhkəməsinin, Nəqliyyat və Daxili İşlər nazirliklərinin və BDU-nun birgə səyi ilə baş tutmuşdur.

“Dəyirmi masa”nı giriş sözü ilə açan AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etdi, qarşıdan gələn ildə də ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində xalqımızın və dövlətimizin daha böyük uğurlar qazanacağına əmin olduğunu bildirdi.

Professor İ.Məmmədzadə  ölkə Prezidenti möhtərəm İlham Əliyevin “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamını yüksək qiymətləndirdi və qarşıda duran vəzifələrin  həyata keçirilməsində alimlərlə təcrübi işçilərin səylərinin birləşdirilməsinin vacib olduğunu vurğuladı. O, eyni zamanda mülkiyyət hüququnun mühafizəsi sahəsində məhkəmə qərarlarının müstəsna rolunu dəyərləndirərək “Mülki işlərə baxılması zamanı qanunlara əməl edilməsınin elmi-nəzəri təminatları”nın daha da mükəmməlləşdirilməsinin əhəmiyyəti barədə danışdı.

“Dəyirmi masa”da Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, professor Habil Qurbanov, şöbə müdiri, professor İsaxan Vəliyev, direktor müavini, professor Bəhram Zahidov, Ali Məhkəmənin hakimi Nigar Rəsulbəyova, 2 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin böyük məsləhətçisi Nərmin Baxşıyeva, BDU-nun kafedra müdiri, Məhkəmə-Hüquq Şurasının əməkdaşı, professor Elçin Xələfov, işçi qrupun rəhbəri, professor Kamil Səlimov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qərargah rəisinin müavini, polis kapitanı Ruhin İbrahimov, Nazirlər Kabineti nəzdində ”Yol hərəkətinin təhlükəsizliyi” komissiyasının üzvü, Texniki Universitetin “Avtomobil nəqliyyatı vasitələri” kafedrasının müdiri, professor, Sülhəddin Gözəlov, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları, professor Mirağa Cəfərquluyev, Bəhruz Kərimov, şöbə müdiri, professor Rəna Mirzəzadə və başqaları çıxış edərək ölkə Prezidentinin sərəncamını vaxtında qəbul olunmuş sənəd kimi dəyərləndirərək müzakirə edilən məsələlərə dair  təkliflərini verdilər.

“Dəyirmi masa”ya yekun vuran professor İlham Məmmədzadə müzakirədə səslənən rəy və təkliflərin ümumiləşdirilərək əlaqədar qurumlara göndəriləcəyini bildirdi.

Qabil CAMALOV,
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında