Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Küveytdə də qeyd olunmuşdur

Azərbaycanın Küveytdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın Küveytdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir.

Azərbaycanın Küveytdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Küveytdə yaşayan azərbaycanlılar, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Səfir Tural Rzayev Prezident İlham Əliyevin Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciətinin mətnini oxumuşdur. Diplomat ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda bütün sahələrdə əldə edilmiş uğurlar, həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki, turizm potensialı, əlverişli investisiya mühiti, gənclər və idman siyasəti, neft strategiyası haqqında danışmışdır.

T.Rzayev, həmçinin səfirliyin 2012-ci ildəki fəaliyyəti, eləcə də 2013-cü ildə həyata keçirilməsi nəzərdə tutulan planlar barədə məlumat vermişdir.

Tədbir ziyafətlə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında