Qubadlılılar Azərbaycanın 2012-ci ildə qazandığı uğurları Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirirlər

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən “Şəfa” mərasim evində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təntənəli tədbir keçirilmişdir. 

AzərTAc xəbər verir ki, rayon icra hakimiyyəti strukturlarının,  ziyalıların, ictimaiyyət nümayəndələrinin, şəhid  ailələrinin və müharibə əlillərinin, məktəblilərin qatıldıqları tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar da iştirak etmişlər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov qubadlılıları əlamətdar bayramlar münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2012-ci ildə respublikamızın regional və qlobal əhəmiyyəti daha da artmış, xalqımızın sosial rifah halı xeyli yüksəlmişdir.

 Malik İsaqov diqqətə çatdırmışdır ki, yola saldığımız ildə Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla dünyanın siyasi olimpinə yüksəlmiş və qlobal güclərlə birlikdə planetimizdəki əsas çağırışlara cavab vermişdir.

Malik İsaqov demişdir ki, yola saldığımız ildə Qubadlı rayonunda da əhalinin mənzil-məişət problemlərinin həlli, idarə, müəssisə və təşkilatların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində rayon icra hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilmişdir. İl ərzində əhalinin məskunlaşdığı 40-a qədər obyektdə müvafiq təmir işləri aparılmış, 20-yə qədər ailənin məskunlaşdığı fərdi mənzillərdə zəruri təmir işlərinin aparılmasına köməklik edilmiş, 4000 kvadratmetrədək sahəyə asfalt çəkilmiş, 3 məktəbdə müasir istilik sistemi quraşdırılmışdır. Bu möhtəşəm mərasim evi də cari  ildə əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Sonra o, yola saldığımız ilin rayon gənclərinin təhsil, idman, mədəniyyət sahəsində qazandıqları  uğurlardan danışmışdır. Bildirmişdir ki, rayon məktəblərini bitirən məzunlardan 122 nəfəri, başqa sözlə, ali məktəblərə qəbul imtahanlarında iştirak edənlərin 46 faizi tələbə adını qazanmışdır. Rayonun təmsilçiləri mədəniyyət sahəsində keçirilən müsabiqə və festivallarda uğurla çıxış etmişlər. İdmançılarımız isə müxtəlif beynəlxalq və respublika səviyyəli idman yarışlarında 46 medal qazanmışlar.

Malik İsaqov torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Əliyev Mübariz Əbdül oğlunun Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli sərəncamı ilə  ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildiyini bildirmiş və ordeni  şəhidin anası Səkinə Əliyevaya təqdim etmişdir.

Uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərmiş və 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif edilmiş Cəfərov Xanış Fərzalı oğluna “Tərəqqi” medalı təqdim olunmuşdur.

Tədbirdə çıxış edən ağsaqqallar əldə olunmuş bütün nailiyyətlərin fövqündə dövlət başçısının adının dayandığını və gələcək uğurların da mənbəyi məhz Prezident İlham Əliyevin yorulmaz, fədakar fəaliyyətinin nəticəsi olduğunu xüsusi ilə vurğulamışlar.

Geniş və maraqlı konsert proqramı ilə davam edən bayram tədbirində 2012-ci ildə uğurlar qazanmış gənclər də unudulmamışdır. Rayon rəhbərliyi tərəfindən 65 gəncə qiymətli hədiyyələr təqdim edilmişdir. Bayrama qatılan uşaqlara isə bayram hədiyyələri verilmişdir.

Tədbirdə Şaxta baba və Qar qızın iştirakı, yolka ətrafında uşaqların şən rəqsləri iştirakçıların əhval-ruhiyyəsini və gələcəyə inamını daha da artırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında