Məhkəmə-tibbi ekspertizası yekunlaşmışdır

Xəbər verildiyi kimi, vətəndaş Sevinc Babayevanın Türkiyənin “Medicana İnternational İstanbul Hospital” xəstəxanasında vəfat etməsi ilə əlaqədar ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Prokurorluğunun hüquqi yardım göstərilməsi haqqında vəsatəti əsasında onun meyiti İstanbul Ədliyyə Tibb İdarəsində Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları və məhkəmə-tibb ekspertləri tərəfindən Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarının, eləcə də Azərbaycanın İstanbuldakı baş konsulluğunun nümayəndələrinin iştirakı ilə məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, ekspertizanın qarşısına S.Babayevanın ölümünə səbəb ola biləcəyi ehtimal olunan bütün fərziyyələr üzrə suallar qoyulmuşdur. Hazırda ekspertiza müayinəsi yekunlaşdırılmış və  cənazənin Bakı şəhərinə göndərilməsi üçün müvafiq prosedur tədbirlər görülür.

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları türkiyəli həmkarları ilə birgə S.Babayevanın İstanbul şəhərində olduğu müddətdə yaşadığı ünvanı müəyyənləşdirmişlər. Həmin müddətdə onun ünsiyyətdə olduğu şəxslərin dairəsi dəqiqləşdirilməklə onların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri və digər prosessual hərəkətlər həyata keçirilir.

Eyni zamanda, araşdırmalarla müəyyən edilmişdir ki, S.Babayeva 2012-ci il avqustun 6-dan 13-dək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının kardiologiya şöbəsində “Kəskin ağ ciyər emboliyası” diaqnozu ilə müalicə olunmuşdur.

Ekspertizanın nəticəsi barədə Türkiyə tərəfindən müvafiq cavab alındıqdan sonra həyata keçirilmiş araşdırmaların yekunu barədə ictimaiyyətə əlavə informasiya veriləcəkdir.

AzərTAc

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar

Təqvim

Hava haqqında