Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslər əlamətdar günlər ərəfəsində onlara ikiqat sevinc bəxş etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər

Dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşmüşdür.

Dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşmüşdür.

DMX-dən AzərTAc-a bildirmişlər ki, çıxışına müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sitatı ilə başlayan xidmət rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa olunmuş şəxsləri bu əlamətdar hadisə münasibətilə təbrik etmiş, onlara dövlətimizə layiqli vətəndaş olmağı arzulamışdır. 

Sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunmuşdur.

Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul edilənlər arasında vətəndaşlığı olmayan şəxslər üstünlük təşkil etmişdir.

Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul edilənlər 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində ikiqat sevinc bəxş etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını ifadə etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında