Nərimanov rayonunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd edildi

Dünən paytaxtın Nərimanov rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr edilmiş təntənəli bayram tədbiri keçirildi.

Dünən paytaxtın Nərimanov rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr edilmiş təntənəli bayram tədbiri keçirildi.

Ölkəmiz və xalqımız üçün son dərəcə əlamətdar olan  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni -2013-cü ilin gəlişi münasibətilə tədbir iştirakçılarını təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, son illər ölkəmizdə müşahidə olunan dinamik sosial-iqtisadi inkişafdan, eləcə də  rayonda görülmüş geniş abadlıq-quruculuq işlərindən bəhs etdi.  Qeyd olundu ki, dövlətimizin başçısının tapşırığına əsasən, paytaxtın mərkəzi rayonlarından olan Nərimanov rayonunda həyata keçirilmiş geniş abadlıq-quruculuq işləri, eləcə də sakinlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.   Son illər Azərbaycanın əldə etdiyi uğurlardan danışan A.Fərzəliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini, 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçiriləcəyini təqdirəlayiq hal kimi qiymətləndirdi. Natiq  yeni ildə ölkəmizin ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapacağına əminliyini bildirdi. Natiq bildirdi ki, hazırda  müstəqil Azərbaycan dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların vahid dövləti, ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının lideridir.

Bayram  mərasimində Nərimanov rayonunun ictimai-siyasi  həyatında fərqlənənlərə fəxri fərman və hədiyyələr təqdim olundu.

Tədbir incəsənət ustalarının təqdim etdikləri rəngarəng konsert proqramı ilə başa çatdı.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında