Astanada tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar ATƏT-in yüksək səviyyəli konfransı başa çatmışdır

Astanada tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar ATƏT-in yüksək səviyyəli konfransı öz işini başa çatdırmışdır.
Konfransda ATƏT-in üzvü olan 56 ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndə heyətləri, ekspertlər iştirak etmişlər.
Tədbirdə Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir.
Konfransı Qazaxıstanın Dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev açmış, dövlət başçısı Nursultan Nazarbayev məruzə etmişdir.
Tədbirdə tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi, antisemitizm və rasizmlə mübarizə, bu işdə qanunverici, hüquq-mühafizə orqanları, həmçinin təhsil sisteminin, KİV-lərin rolu və digər məsələlər müzakirə edilmişdir.
ATƏT-in üzvü olan ölkələrin ekspertləri tolerantlıq və insan hüquqlarının qorunması üzrə etniklərarası və konfessiyalararası dialoq mexanizminin yaradılması sahəsində də təcrübə mübadiləsi aparmışlar.
Hidayət Orucov konfransdakı çıxışında bu sahədə Azərbaycanda olan vəziyyət haqqında danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunmuş, ölkə torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu bildirmişdir. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə əlaqədar dörd qətnamə qəbul etsə də, Ermənistan tərəfi buna məhəl qoymur.
Hidayət Orucov demişdir: "Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün nə lazımdırsa edir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında bütün milli və dini abidələri, həmçinin maddi mədəniyyət abidələrini məhv etmişdir.
Bu mötəbər konfransda ermənilərin yalan və böhtanlarını bir daha eşitdik və bir daha əmin olduq ki, Ermənistan problemin həllində maraqlı deyildir".
Tədbirdə BMT-nin Sivilizasiyaların Alyansı üzrə nümayəndəsi Jorje Sampayo, Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı Knut Vollebek, ATƏT-in rəsmi nümayəndələri - Endryu Beyker, Mario Maura, Adil Axmedov, Türkiyənin Dövlət naziri Mehmet Aydın və başqaları öz çıxışlarında dözümlülük və ayrı-seçkiliyə yol verilməməsi, antisemitizm, rasizm və digər bu kimi problemlərə öz münasibətlərini bildirmişlər.{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında