Nəsimi rayonunda bayram tədbiri keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Nəsimi rayonunda tədbir keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Nəsimi rayonunda tədbir keçirilib.

Mərasimi Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq iştirakçıları təbrik etmiş, onlara uğurlar arzulamışdır. O bildirmişdir ki, yola saldığımız 2012-ci il ölkəmiz üçün bir çox cəhətdən əlamətdar olmuş, beynəlxalq, iqtisadi, sosial, mədəni sahələrdə uğurlarla yadda qalmışdır.

Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, paytaxtımız Bakıda böyük müvəffəqiyyətlə möhtəşəm “Evrovision” beynəlxalq mahnı müsabiqəsi keçirilmişdir. Əvvəlki illərdə olduğu kimi ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilmiş, genişmiqyaslı tikinti-quruculuq işləri görülmüş, elm, təhsil, mədəniyyətdə nailiyyətlər əldə edilmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.

2012-ci ildə Nəsimi rayonunda da bütün sahələrdə nailiyyətlər əldə olunmuş, tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyəti qaçqın və məcburi köçkünlərin işləri üzrə şöbəsinin müdiri Şəfəq Cəfərova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Nəsib Məhəməliyev medalı Şəfəq Cəfərovaya təqdim etmişdir.

Ş. Cəfərova əməyinə verilən yüksək qiymətə görə dövlət başçımıza dərin minnətdarlığını bildirmiş və gələcək fəaliyyətində bu yüksək etimadı doğrultmağa çalışacağını demişdir. Milli Məclisin deputatları Ziyad Səmədzadə və Asim Mollazadə tədbir iştirakçılarını təbrik etmiş və xoş  arzularını bildirmişlər.

Tədbir bədii hissə ilə davam etmişdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında