Zəlzələ bölgəsinin sakinləri dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər

“Bu gün həyatımızın ən xoş, ən sevincli günlərindən biridir. Bu gün bizim üçün bayram-bayrama qarışmışdır.

“Bu gün həyatımızın ən xoş, ən sevincli günlərindən biridir. Bu gün bizim üçün bayram-bayrama qarışmışdır. Mayın 7-də baş vermiş zəlzələ nəticəsində dağılmış evimizin yerində çox gözəl şəraiti olan yeni ev tikilmişdir və ailəmiz artıq həmin evə köçmüşdür.

Bu xoş günü, bu sevinci bizə yaşatdığı üçün ailəmiz adından, kəndimizin sakinləri adından hamımızın sevimlisi Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.

Bu fikirləri Balakən rayonunun Katex kənd sakini Məhluqə Məmmədova AzərTAc-a müsahibəsində bildirmişdir.

M.Məmmədova demişdir: “Biz Prezidentimizi həmişə özümüzə arxa, dayaq hesab etmişik. Dövlətimizin başçısı hər bir azərbaycanlının Prezidenti olmağına dair verdiyi sözə həmişə əməl etmişdir. Zəlzələ bölgəsində qısa müddətdə görülən bu nəhəng işlər buna əyani sübutdur. Bütün balakənlilər, eləcə də kəndimizin əhalisi Prezidentimizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, Azərbaycanın işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında