İnformasiya cəmiyyəti xəbər agentliklərinin qarşısına yeni vəzifələr qoyur

Dekabrın 29-da AzərTAc-da İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Möhsün Pakayinlə keçirilmiş görüşdə müasir cəmiyyətdə xəbərlərin rolu və bu baxımdan kütləvi informasiya vasitələrinin üzərinə düşən vəzifələr barədə geniş fikir mübadiləsi aparılmışdır.

Dekabrın 29-da AzərTAc-da İranın Azərbaycanda yeni təyin olunmuş səfiri Möhsün Pakayinlə keçirilmiş görüşdə müasir cəmiyyətdə xəbərlərin rolu və bu baxımdan kütləvi informasiya vasitələrinin üzərinə düşən vəzifələr barədə geniş fikir mübadiləsi aparılmışdır.

 Bildirilmişdir ki, informasiya cəmiyyəti xəbər agentliklərinin qarşısına yeni vəzifələr qoyur. Qlobal informasiya məkanında rəqabətə davam gətirmək üçün innovativ imkanlardan geniş istifadə olunmalıdır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov xalqlarımız arasında çoxəsrlik tarixə malik əlaqələrdən danışmış, bu münasibətlərin inkişafında milli xəbər agentliklərinin rolunu qeyd etmişdir. Bildirilmişdir ki, AzərTAc-ın İranda, İRNA-nın isə Azərbaycanda xüsusi müxbir məntəqəsi fəaliyyət göstərir.

Hər iki agentliyin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzvü olduğunu deyən baş direktor AzərTAc-ın və İRNA-nın bu mötəbər qurumda bir-birini dəstəklədiyini diqqətə çatdırmışdır.

İranın ölkəmizdəki səfiri Möhsün Pakayin bu görüşə təşəbbüs göstərməsində məqsədin İran ilə Azərbaycan arasında informasiya mübadiləsi sahəsində yeni imkanları araşdırmaq və reallaşdırmaq olduğunu bildirmişdir. Səfir demişdir ki, İran tərəfi milli agentliklər arasında bütün istiqamətlərdə, o cümlədən xəbər və jurnalist mübadiləsində, beynəlxalq qurumlarda birgə fəaliyyətin möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında