Həmrəylik Günü və Yeni il bayramı münasibətilə velosipedçilərin yürüşü keçirilmişdir

Ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və gənclərin sağlam ruhda tərbiyə olunmasına öz töhfələrini vermək son bir ildə dirçəliş dövrünü yaşayan Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və gənclərin sağlam ruhda tərbiyə olunmasına öz töhfələrini vermək son bir ildə dirçəliş dövrünü yaşayan Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) fəaliyyətinin prioritet istiqamətlərindəndir.

Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Dənizkənarı Milli Parkda velosipedçilərin növbəti yürüşü keçirilmişdir. Tədbirdə yeni ilin gəlişini simvolizə edən şaxta baba və qar qız geyimli velosipedçilər yürüşdən sonra kiçik yaşlı uşaqlara hədiyyələr paylamış, onlara bayram sevinci bəxş etmişlər. Şəhər sakinləri təxminən 1 saat davam edən bu aksiyanı maraqla qarşılamış, sovqatlar körpələrin sevincinə səbəb olmuşdur.

Qeyd edilməlidir ki, AVİF bu tip sosial aksiyaları davamlı olaraq keçirməklə idmanın bu növünə olan marağın artırırlmasına çalışır. Məlum olduğu kimi, 2012-ci ilin may ayında ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş ilk beynəlxalq velosiped turu keçirilmiş, bu turda 17 ölkədən 20 komanda iştirak etmişdi. Heydər Əliyev turundan sonra ölkənin bütün regionlarında da respublika əhəmiyyətli velosiped yarışları təşkil olunmuşdur. Cari ilin sentyabr ayında Azərbaycan velosipedçilərindən ibarət milli komanda ilk dəfə olaraq Niderlandda təşkil olunan 48-ci Avropa Velosiped Turunda və Avropa çempionatında çıxış etmişlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq velosipedçimiz Elçin Əsədov və Toğrul İsgəndərov velosiped idmanı üzrə dünya çempionatına vəsiqə qazanaraq bu mötəbər turnirdə iştirak etmişlər.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Velosiped İdmanı Federasiyası Milli Olimpiya Komitəsinin nəşri olan “Olimpə doğru” jurnalı tərəfindən 2012-ci ildə “İlin ən fəal federasiyası” nominasiyasında birinci yerə layiq görülmüşdür.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında