Binəqədi rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olunmuşdur

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Mərasimdə dünya azərbaycanlılarının təşkilatlanması və həmrəyliyi yolunda yeni mərhələnin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan  rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov  2001-ci il mayın 23-də dahi öndərin bu istiqamətdə tarixi sərəncam imzaladığını və həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyini qeyd etmişdir. Natiq bildirmişdir ki, bu möhtəşəm tədbir dünya azərbaycanlılarını bir araya gətirmək yolunda ilk və ciddi addım kimi qiymətləndirilməlidir. Belə  mühüm hadisə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri idi. Bu gün müasir müstəqil Azərbaycan dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların vahid dövləti, ulu öndərimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev isə dünya azərbaycanlılarının lideridir.

X. İsgəndərov Dünya Azərbaycanlılarının I Qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin öz dövləti ətrafında sıx birləşdiyini vurğulamışdır. Qeyd etmişdir ki, bu sahədə aparılan müdrik siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mərasimdə ictimai-siyasi həyatda fəal iştirakına görə bir qrup rayon sakininə fəxri fərmanlar təqdim olunmuşdur.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında