Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində cari ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

Dekabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat-müşavirə keçirilmişdir.

Dekabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2012-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat-müşavirə keçirilmişdir.

SHXÇDX-dən AzərTAc-a bildirmişlər ki, müşavirədə Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı, xüsusi hərbi ixtisaslar üzrə kadr hazırlığı, Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə hərbi və mülki vəzifəlilərlə, eləcə də hərbi-nəqliyyat vasitələri ilə işləmək üçün  kadrların komplektləşdirilməsi istiqamətlərində görülmüş işlər müzakirə olunmuşdur. 

Xidmət rəisi general-leytenant Arzu Rəhimov çıxışında ölkə Prezidenti - Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğıdan söz açmış, Azərbaycan Prezidenti tərəfindən 2012-ci il ərzində Xidmətin qarşısında qoyulmuş vəzifələri və görülən işləri təhlil etmişdir.

SHXÇDX-nin yarandığı gündən ordunun komplektləşdirilməsi, həqiqi hərbi xidmətdən yayınma hallarının qarşısının alınması, eyni zamanda, vətəndaşlarla və digər dövlət qurumları ilə birgə fəaliyyətin təşkil edilməsi istiqamətlərində görülən işlər ətraflı müzakirə olunmuşdur.

SHXÇDX-nin və onun yerli idarə, şöbə və bölmələrinin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ hüquqi baza və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, xidmətin hərbi qulluqçularının və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qarşıda duran tapşırıqların həlli istiqamətində göstərişlər verilmişdir.

Hesabat yığıncağında gələn ildə qarşıda duran vəzifələr müzakirə olunmuş, tapşırıqlar və problemlərin həll edilməsi istiqamətində görüləcək işlər müəyyənləşdirilmişdir.

Nəzərdə tutulmuş tədbirlərin icrası və xidmətin infrastrukturunun yaradılması istiqamətində işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunmuşdur. 

Müşavirədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon, (şəhər) idarə, şöbə və bölmələrinin, xidmətin aparatının şəxsi heyəti iştirak etmişdir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında