“Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı” layihəsi müzakirə olunmuşdur

Dekabrın 28-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “dəyirmi masa” keçirilmişdir.

Dekabrın 28-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “dəyirmi masa” keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir yaşlaşma problemləri üzrə nazirlər səviyyəsində keçirilən Vyana konfransının prinsiplərinə və “Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı” layihəsinin müzakirəsinə həsr olunmuşdur.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirmişdir ki, “Ahıl vətəndaşların sosial hüquqlarının müdafiəsi üzrə Dövlət Proqramı”nın yeni hazırlanan layihəsində vətəndaşların sosial təminat sahəsində hüquqlarının artırılması, ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi prioritet məsələdir. Ölkədə bu sahədə mövcud qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində  müvafiq işlər görülür.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın əhəmiyyətindən danışan ombudsman ahıllara qayğı və diqqətin daha da artırılmasının, hər bir vətəndaşın öz qocalıq illərini rahat yaşamasının təmin edilməsi üçün bütün imkanların səfərbər edilməsinin zəruriliyini vurğulamışdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov ahıl vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün Azərbaycanda pensiya sahəsində aparılan islahatlardan danışmışdır. Bildirilmişdir ki, ölkədə yaşa görə pensiya alan 700 mindən çox şəxsin 42,5 faizi 70 yaşdan yuxarı olanlardır. Bunlardan 70-80 yaş arasında olanların sayı 80 faiz, 81-90 yaş arasında olanların sayı 18 faiz, 91-100 yaş arasında olanların sayı 1,5 faiz, 100 yaşından yuxarı  olanların sayı isə 0,5 faiz nəfər təşkil edir.

Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə “Qeyri-hökumət təşkilatlarının Vyana Forumu: nəticələr və imkanlar”, “Ahıl vətəndaşların sağlamlığının müdafiəsi” mövzularında məruzələri dinlənilmiş,  müzakirələr aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında